Bakıda polis qadının itmiş pulqabısını tapdı

Bu günlərdə metronun “Xalqlar dostluğu” stansiyasından üzü “Koroğlu” stansiyasına gedən “62” saylı marşrutda içərisində 1 açar, 366 manat, 4 bank, 1 metro və 2 digər plastik kart olan pulqabını naməlum şəraitdə itirən Fərqanə Abuşova kömək üçün polisə üz tutub. Polis əməkdaşlarına müraciət edən xanımı asayiş keşikçiləri tezliklə sevindirib. Belə ki, “Xalqlar dostluğu” stansiyasının yaxınlığında patrul xidməti aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşları onlara edilən müraciətdən sonra “Koroğlu” stansiyasındakı həmkarlarına bu barədə məlumat veriblər. Stansiyada xidmətdə olan polis serjantı Vüqar Cavadov həmin marşrutda cüzdanı taparaq Şöbənin rəhbərliyinə məruzə edib.
Elə həmin gün axşam saatlarında F.Abuşova rəhbərlik tərəfindən şöbəyə dəvət olunub və itirdiyi 1 açar, 366 manat, 4 bank, 1 metro və 2 digər plastik kart ona qaytarılıb. Vətəndaş F.Abuşova asayiş keşikçilərinə minnətdarlığını ifadə edib.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












