Bakıda qadın borca görə adam oğurlatdırıb

Bakıda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim İradə Həsənzadənin icraatında olan iş üzrə hazırlıq iclası yaxın vaxtlarda keçiriləcək.
Qeyd edək ki, dəstə üzvləri - Allahverdiyev Vasif Dursun oğlu, Hüseynov Şaiq Firdovsi oğlu, Fəqan Eminoğlu, Qasımov Elçin Tofiq oğlu, Rəsulova Fərəh Fətulla qızı, Kazımlı Niyaməddin Sabir oğlu və sifarişçi Abbasova Aygün Bayram qızına Cinayət Məcəlləsinin 144.2.3-cü ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu) və 144.2.6-cı (Tamah məqsədilə və sifarişlə adam oğurluğu) maddələri ilə ittiham verilib.
Hadisə 2019-cu ilin sentyabr ayında baş verib. Paytaxt sakini Hüseyn Əsgərov 1970-ci il təvəllüdlü Abbasova Aygün Bayram qızından 25 min manat borc alıb və deyilən vaxtda ödəyə bilmədiyi üçün sentyabrın 9-da oğurlanıb.
Onun kriminal aləmin nümayəndələri tərəfindən Abbasovanın istəyi ilə oğurlandığı məlum olub. H.Əsgərov əvvəlcə Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib, daha sonra məcburi qaydada avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.
Orada H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25 000 manatın əvəzinə 30 000 manat ödəməsini bildirərək işgəncə veriblər.
Alınan pulun müqabilində A.Abbasova həmin şəxslərə 10 000 manat verəcəyini vəd edib.
Polisin keçirdiyi əməliyyatla H.Əsgərov azad edilib və dəstə üzvləri saxlanılıblar. (“Report”)
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












