Bakıda qadını təhqir edən avtobus sürücüsü işdən çıxarıldı - FOTO

Bakıda sərnişin qadını təhqir edən marşrut sürücüsü işdən kənarlaşdırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, fiziki şəxs Rövşən Salamovun müvəqqəti istismarında olan 55 nömrəli müntəzəm marşrut xətti üzrə (99 LF 648) avtobusunda sürücü Elmar İbrahimovun sərnişinə qarşı qeyri-etik davranışı ilə bağlı sosial şəbəkədə yayılan görüntülər araşdırılıb. Görüntülərdən də aydın olduğu kimi, sürücü avtobusu yüksək sürətlə idarə edir, buna etiraz bildirən sərnişinə qarşı qeyri-etik ifadələr işlədir, sükan arxasında telefonla danışaraq siqaret çəkir.
Daşıyıcı Rövşən Salamov və Elmar İbrahimov məsələ ilə bağlı izahat verilməsi üçün Agentliyə çağırılıb.
Hərəkətlərindən peşiman olduğunu bildirən sürücü Elmar İbrahimov sərnişinlərdən üzr istəyib. Daşıyıcının müvafiq əmri ilə Elmar İbrahimov işdən azad edilib. Həmçinin, Bakı Nəqliyyat Agentliyi tərəfindən Daşıyıcı Rövşən Salamova bu cür xoşəgəlməz halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib. "Bir daha bildiririk ki, bu cür qayda pozuntuları törədən, sərnişinlərə qarşı qeyri-etik hərəkətlərə yol verən sürücülər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda, sürücülərinin sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarət etməyən daşıyıcılar daşımalardan kənarlaşdırılacaqdır" - deyə, məlumatda qeyd edilir. (Trend)


Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












