Bakıda satılan ən bahalı və ən ucuz mənzillər harada yerləşir?

Paytaxt Bakının rayonları arasında 1 və 2 otaqlı mənzillərin qiymətləri arasında kəskin fərq müşahidə olunur. Avtosfer.az xəbər verir ki, "Yeniavaz" ölkənin aparıcı daşınmaz əmlak saytlarında yerləşdirilən elanlara əsasən xəbər verir ki, hazırda satışda olan ən ucuz 1 otaqlı mənzil Binəqədi qəsəbəsi, Şəhriyar Qasımov küçəsində yerləşən 3 mərtəbəli binanın 2-ci mərtəbəsindədir. Cəmi 33 kvadratmetr sahəsi olan bu mənzilin satış qiyməti 27 min manat təşkil edir. Təmirsiz mənzilin 1 kvadratmetri 818 manata təklif olunur. Bakıda satılan ən bahalı 1 otaqlı mənzil isə Nardaran qəsəbəsindəki "Sea Breeze” yaşayış kompleksində tikintisi davam edən binada yerləşir. Gəmi formasında inşa ediləcək 11 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilin sahəsi 63 kvadratmetr, satış qiyməti isə 1 milyon 60 min 290 manatdır. Bu mənzilin 1 kvadratmetri 16 min 800 manata satılır. Eyni vəziyyət 2 otaqlı mənzillər üçün də keçərlidir. Ən ucuz 2 otaqlı mənzil Binəqədi rayonu ərazisində tikilən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. 42 kvadratmetr sahəsi olan bu mənzilin satış qiyməti 25 min manat, 1 kvadratmetri isə 595 manatdır. Ən bahalı 2 otaqlı mənzil isə "Hilton Bakı Residence”də yerləşir. Kompleksin 25 mərtəbəli binasının 16-cı mərtəbəsində olan mənzilin sahəsi 114 kvadratmetr, satış qiyməti isə 2 milyon 280 min manatdır. Bu mənzilin 1 kvadratmetri 20 min manata təklif edilir.
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO










