Bakıda saxlama müddəti ötən qazlı və qazsız su aşkarlandı - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Seyid Cəfər Pişəvari 2A ünvanında yerləşən satış məntəqəsində baxış keçiriblər.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, həmin obyektdə saxlama müddəti ötmüş və temperatur rejiminə əməl olunmadan “Aqromall” MMC şirkəti tərəfindən saxlanılan, Tacikistan istehsalı olan 15 800 ədəd 0.5 litrlik “Obi Zulol” əmtəə nişanlı su, 8 989 ədəd 0.5 və 1 litrlik “Siyoma” əmtəə nişanlı qazlı və qazsız su, 1 000 ədəd isə “Xavotaq” əmtəə nişanlı 1.25 litrlik su aşkarlanıb.
Qanunvericiliyin tələbləri çərçivəsində məhsullar dərhal satışdan kənarlaşdırılıb. Həmin məhsulların satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
Namiq Musayev
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı















