Bakıda saxta icazə arayışını 20 manata satan şəxsr saxlanılıb - FOTO - VİDEO

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq pul müqabilində satan və bununla da karantin qaydalarını kobud şəkildə pozan şəxslər saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdə saxta icazə vərəqələri çap edib. O, icazə vərəqələrini 20 manat müqabilində tanışları paytaxt sakini Rahib Qurbanov və Gədəbəy rayon sakini Arzuman Abdullayevə 20 manat müqabilində satıb. Hər 3 şəxsin polislər tərəfindən saxlanılıb və onlar etdikləri qanunsuz əməli etiraf ediblər.
Hazırda saxlanılan şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.
Namiq Musayev
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
















