Bakıda "Su parkı" vətəndaşların istifadəsinə verilib - FOTO

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, BMTİP-QEF Kür II Layihəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Arts Council Azerbaijan" təşkilatının birgə əməkdaşlığı ilə Bakının Qala etnoqrafik muzey qoruğunda "Su parkı" istifadəyə verilib.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, yeni park 100-150 kvadratmetr sahədə yerləşir və bura müxtəlif incəsənət nümunələrinin yerləşdirilməsi üçün bir platforma olacaq. "Su parkı"nın salınmasında məqsəd istirahət zamanı insanları incəsənət vasitəsilə suyun əhəmiyyəti barədə maarifləndirməkdir.
"Arts Council Azerbaijan" bu parkın ətrafında su çatışmazlığı və sudan səmərəli istifadə mövzusuna aid sənət obyektlərinin yaradılması və quraşdırılması, eyni zamanda, mövzu ilə bağlı müvafiq seminar və silsilə tədbirləri təşkil edib. Sənət obyektlərinin yaradılması prosesində 9 istedadlı rəssam iştirak edib.
Parkın ərazisində müxtəlif növdə yeni ağaclar da əkilib.

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












