Bakıda sürücüləri tıxacda qoyan problem necə həll olunacaq? - AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrə start verilib. Yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə 7 layihə icra olunacaq.
Avtosfer.az xəbər verir ki, layihənin icrası çox guman xeyli vaxt aparacaq, bu da təmir gedən ərazidə yaşayan sakinlərin və həmin yollardan istifadə edən sürücülərin gediş-gəlişində bir sıra çətinliklər yaradacaq.
Bəs bu yeniliyin nə kimi özəllikləri olacaq? Sakinlərin və sürücülərin çəkdiyi əziyyətə dəyəcəkmi? İcra başa çatdıqdan sonra ərazidə yaranan tıxacların qarşısı alınacaqmı? Suallarımızı nəqliyyat eksperti Elməddin Muradlı cavablandırıb.

Onun sözlərinə görə, sözügedən ərazilər uzun müddətdir ki, təhlil olunur və ciddi narahatlıq doğuran nöqtələrdən də biri Babək prospektidir:
"Buna görə də bir çox qurumlar həmin ərazidə sıxlığın və tıxacın qarşısını almaq üçün müxtəlif təkliflər və layihələr irəli sürmüşdü. Layihələrin birincisi Babək prospekti ilə bağlıdır, çünki prospektin bir neçə nöqtəsində konflikt yaranır. Birnicisi, maşın bazarının qarşısındakı körpünün altında, ikincisi isə Heydər Əliyev prospektinə çıxış nöqtəsində. Müəyyən problemlər yaranır ki, nəqliyyat axını necə davam etsin?".
E.Muradlı qeyd edib ki, Heydər Əliyev prospektinə çıxışla bağlı təkliflər verib:
“Orada məşhur otelin qarşısından əlavə bir zolaq ayırmaqla nəqliyyat axınını sürətləndirmək olar. Yəni, Heydər Əliyev prospektinə çıxışı daha sürətli təmin emək olar. Yaxud da, ya tunel, ya körpü tikilərək hansısa bir formada orada hərəkətin intensivliyi artırıla bilər. Bildiyim qədər, əvvələr həmin yol tikilərkən belə bir layihə olub. Sadəcə keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun oğlunun dostu olan Amerikanın keçmiş prezidenti Donald Tarampın adına ucaldılmış “Trump Tower” binasına görə həmin yolun istiqaməti dəyişib. Nəticədə orada dar boğaz yaranıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin keçmiş rəisi Həsən Şirinov da bir məqalə yazmışıdı və ciddi müzkirələrə səbəb olmuşdu. Sonralar məlum oldu ki, həqiqətən Ziya Məmmədovun dövründə layihə düzgün icra olunmayıb”.
Bütün bunların nəticəsində həmin yerin konflikt nöqtəsinə çevrildiyini deyən ekspert söyləyir ki, problemin həlli vaxt aparacaq:
“Maşın bazarı ilə üzbəüz körpünün altındaki problemin necə həll ediləcəyi maraqlıdır. Bu cür konfliktli nöqtələr kimlərinsə marağı ucbatından yaradılıb. Təəsüf ki, kimlərinsə marağı bəzən dövlətin maraqlarından önə keçir. İndiki dövrdə hesab edirəm ki, bu cür özbaşınalığa imkan verilməyəcək və bu layihələr doğru-düzgün icara olunacaq”.
E.Muradlı ərazidə yaşıyan sakinləri və o yoldan istifadə edən sürücüləri təmikinli olmağa çağırıb:
“Çünki sonda nəticə olaraq biz yaxşı, kefiyyətli bir yoldan istifadə edəcəyik. İstənilən halda əziyyət, bu qarşıqlıq yaranmalıdır, başqa cür bu işləri icara etmək mümkün deyil. Amma son nəticədə yaxşı bir sxemin, yaxşı bir hərəkət marşrutunun istifadəçisinə çevriləcəyik”.
Namiq Musayev
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










