Bakıda taksi sürücüsü baş redaktoru baltalamaq istədi - VİDEO

Bakıda “9933” taksi şirkətinin sürücüsü “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlını baltalamağa cəhd edib.
Avtosfer.az xəbər verir ki, bu barədə N.Canbaxışlı özü məlumat verib.
O deyib ki, bu gün saat 20:07-da sifariş etdiyi “9933” taksi şirkətinin əməkdaşı (Opel Astra – 33-BG-034) tərəfindən 20:59-da hücuma məruz qalıb: “Taksi sürücüsü məni Binə qəsəbəsində evə gətirdi. Hər dəfə taksi sifariş edəndə əsas yoldan 1 km 500 metr içəriyə həyət evlərinə olan hissəni də qeyd etdirirəm. Bu dəfə də elə etdim. Amma sürücü evin qarşısında daha çox pul tələb etdi və əlavə 1 kilometr 500 metr olan hissənin şirkət tərəfindən qeyd edilmədiyini bildirdi. Belə olduqda mən şirkətlə əlaqə saxladım və telefonu səsliyə alaraq sifarişimdə 1 kilometr 500 metr məsafənin qeyd olunub-olunmadığını soruşdum. Sürücüyə birbaşa şirkət operatoru bildirdi ki, sərnişinin mənzil başına kimi, yəni əlavə olmaqla sifariş verib və yol xərci ümumilikdə 8.87 AZN təşkil edir. Sürücü, hətta şirkətin operatoruna belə məhəl qoymayaraq əlavə vəsait tələb etdi. Məhəllədə evin qarşısında enib müəyyən olunan pulu sürücüyə verdim. Bundan sonra başladı söyüş və təhqirlə danışmağa. Ona tərbiyəli olmasını və problemini təmsil etdiyi şirkətlə həll etməsini bildirdim. Bu arada aramızda mübahisə düşən zaman maşının “baqaj”ın açaraq üzərimə balta ilə gəlməyə başladı. Hadisə evin qarşısındakı kameralara düşüb. Sabah şirkətə gedəcəm və bundan sonra da Baş Prokrorluğa şikayət edəcəm”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











