Bakıda taksilərlə bağlı vəziyyət dəyişir: sürücülərə pis xəbər

Nazirlər Kabinetinin qərarı ilə Bakıda taksi sayı 25 minlə limitlənib. Ekspertlər hesab edirlər ki, bu proses qiymət artımına və minlərlə insanın işsiz qalmasına səbəb olacaq. Hətta bundan sonra başqa ölkələrdəki kimi taksometr tətbiqinin olacağı iddia olunur.
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu limitin tətbiqi təxminən üç il vaxt aparacaq:
“Yaxın dövrdə heç kim sürücülük və ya taksi fəaliyyəti hüququndan məhrum edilməyəcək. Hazırda 34 minə yaxın sürücü qeydiyyatdan keçib və onların sənədləri qüvvədədir. Sənədlərin müddəti bitmədiyi və ciddi pozuntu aşkarlanmadığı halda onlara məhdudiyyət tətbiq edilə bilməz. Növbəti mərhələlərdə yeni reqlament müəyyən ediləcək, lisenziyalar və buraxılış kartları növbəlilik prinsipi ilə veriləcək. Bu zaman təxminən 9 minə yaxın sürücü kənarda qala bilər. Şəhər nəqliyyatı baxımından bu addım məqsədəuyğun sayılır, lakin sosial tərəfdən işsizlik kimi problemlərin yaratması mümkündür. Buna görə də qərar qəbul olunarkən diqqətli analiz aparılmalı, fərqli yanaşmalar nəzərdən keçirilməlidir”.
Ekspert qeyd edib ki, taksometr quraşdırılmasına hazırda ehtiyac yoxdur:
“Çünki mövcud mobil tətbiqlər artıq bu funksiyanı yerinə yetirir. Lakin yeni təyin olunan limit qiymət artımına səbəb ola bilər. Sürücü sayı azaldıqda tələbat artacaq, nəticədə taksi xidmətlərinin qiymətləri də yüksələcək. Bununla belə, yaxın illərdə ictimai nəqliyyatın genişlənməsi, metro stansiyalarının və avtobusların sayının artması ilə taksiyə tələbatın azalması da gözlənilir. Hazırda prosesin konkret nəticələrini söyləmək çətindir, çünki tətbiq hələ başlamayıb. İki il əvvəl verilən qərarla 70 minə yaxın sürücü yenidən sənədləşdirildi, lakin bu gün onların yalnız 34 mini aktiv fəaliyyət göstərir. Bakı üçün 25 minlik kvota optimal hesab olunur. Bu məhdudiyyət müəyyən sosial çətinliklər yaratsa da, peşəkar, qaydalara əməl edən və nümunəvi xidmət göstərən sürücülər fəaliyyətlərini davam etdirəcəklər”.
Qeyd edək ki, qərar noyabrın 1-dən qüvvəyə minir və qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixə qədər qüvvədədir.(global.info)
“2040-cı ilədək Bakının nəqliyyat xəritəsi dəyişəcək” - EKSPERT - FOTO
Həsən Əliyev və Rövşən Əliyev küçələrində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Bakı metrosunda böyük dəyişiklik: Xətlərin ayrılması hansı üstünlüklər yaradacaq?
İran–Oman razılaşması Orta Dəhlizə necə təsir edəcək? – AÇIQLAMA
“Wolt” sifarişləri düzgün qablaşdırılmır? - Kuryerlər ŞİKAYƏTÇİDİR
Bakıda tıxacların həlli üçün yeni təklif: Bu yollar genişləndirilməlidir - EKSPERT
3 istiqamətdə tıxac var - Sürücülərin nəzərinə!
Azərbaycanda sürücüsüz avtobuslar: Bəs sürücülər nə edəcək?
Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - FOTO
Hava nəqliyyatına tələbat azaldı










