Bakıda “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək

2025-ci il martın 18-də - ilaxır çərşənbə günü Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçiriləcək.
Avtosfer.az xəbər verir ki, forumda İraq, Suriya və Türkiyədən 30-dan vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək.
Onlar içərisində İraq parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh, İraq Tarixçiləri Birliyinin təmsilçisi, “Türkmaneli” qəzetinin baş redaktoru Najat Şükür, İraq türkmanlarının “Tert TV” kanalının rəhbəri Türkeş Saleh, Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arber və digər şəxslər də vardır.
Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panellərdə türkman əsilli vətəndaş cəmiyyəti təmsilçiləri yerli QHT-lərlə birgə müzakirələr aparacaq.
Forum öncəsi - 15-17 mart tarixlərində türkman qonaqlar İraqda yaşayıb-yaratmış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılan Füzuli şəhərinə və işğaldan azad edilmiş digər ərazilərə - Şuşa, Xankəndi, Xocalı, Suqovuşana səfər edəcək, bayram şənliklərinə qatılacaq, Bakıda Zəfər Parkını, Hərbi Qənimətlər Parkını və digər görməli yerləri ziyarət edəcəklər.
Martın 18-də - forumdan sonra türkman qonaqlarla birgə Bakıda Novruzun ilaxır çərşənbəsi qeyd olunacaq.
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA












