Bakıda və Abşeronda 65 mağazadan və apteklərdən oğurluq edən şəxs tutuldu

Bakı Şəhər Baş Polis idarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməldaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt, eləcə də Abşeron rayonlarında silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, tədbir zamanı Şəmkur rayon sakini Sərdar Pənəhov tutulub.
Araşdırma zamanı onun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazalarından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib.
Sərdar Pənəhov ifadəsində isə törətdiyi oğurluqlarının sayının isə yüzlərlə olduğunu bildirib.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












