Bakıda yeni doğulan əkizlərdən biri xəstəxanada satılıb? - FOTO

Azərbaycanda ana əkiz övlad dünyaya gətirdiyini və övladının birinin xəstəxanada başqa adama satıldığını iddia edir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, şikayətçi Namazova Aytən iyulun 31-i 3 saylı Şəhər Klinik Xəstəxanasına doğuş üçün müraciət edib.
Şikayətçi iddia edir ki, hamiləlik dövründə aparılan müayinələrə əsasən, əkiz övlad gözləyib. Lakin təbii doğuşdan sonra onun bətnində bir dölün olduğunu bildiriblər.
"İlk dəfə həkimə gedəndə 6 həftəlik hamilə olduğumu və əkiz övladımın olacağı deyildi. Ondan sonra karantinə görə bir neçə dəfə USM-ə düşə bildim, çox gedə bilmirdim. Hamısında da deyildi ki, əkizdilər. 9 ayın tamamında sancılarım başladı və təcili yardımla xəstəxanaya aparıldım. Orda məni Xatirə adında həkim doğuşa qəbul etdi. Doğuşdan öncə iki dəfə ürək döyüntülərini yoxlamaq üçün aparat qoşdular. Hər ikisində də əkiz uşaqların olduğuna əmin oldular. Sancım çoxalandan sonra doğuşa alındım. Birinci uşağın doğulduğunu hiss etdim, amma mənə nəsə nəfəslik qoşdular, özümdə olmadığımdan uşağın səsini eşitmədim. Təxminən 5-10 dəqiqə sonra nəfəsliyi çıxardılar. Soruşdum ki, uşaq oldu? Onlar isə mənə yox dedilər. Biraz sonra ikinci sancı başladı və ikinci uşaq doğuldu. Mənə dedilər təbrik edirik, qızın oldu. Mən USM-də mənə əkiz uşaq olacağının deyildiyini bildirdikdə inkar etdilər. Cavab verdilər ki, bir uşaq idi, o da doğuldu"- deyə şikayətçi bildirib.
A.Namazova avqustun 5-də polisə müraciət etdiklərini, amma şikayətinə baxılmadığını bildirib: "Bu gün yenidən müraciət edərək, şikayəti qeydə aldırdıq. Mən uşağımı oğurlayanların tapılması və cəzalandırılmasını istəyirəm”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva "Report" bildirib ki, məsələ ilə bağlı onlara şikayət daxil olmayıb: "Qadının sosial şəbəkədə yazdığı postda da qeyd edildiyi kimi hüquq-mühafizə orqanlarına müraciət ediblər. Əgər iddia doğrudursa, yəqin ki, araşdırılar".
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev “Report”a bildirib ki, daxil olmuş iddialar üzrə toplanmış materillar rayon prokurorluğuna göndəriləcək.




Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












