Bakıda yeni reydlər zamanı növbəti pozuntular aşkarlandı - FOTO

Ötən gün Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə reydləri davam etdirmişdir. Çox təəssüflər olsun ki, qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşlarımızın sağlamlığından daha üstün tutulduğundan reydlər zamanı yeni pozuntular aşkarlanıb. Avtosfer.az xəbər verir ki, bu neqativ hallar Səbail rayonu, İçəri şəhərdəki “Museum İnn” otelinin kafesində, Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 11 ünvanındakı “Pafos” Karaoke Sinema Klubda, Cavadxan küçəsindəki “Korona” kafesində, Nəsimi rayonundakı “Badam” çay evində, Sabunçu rayonunda “MM” çay evində, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Çardaq” kafesində aşkar edilib.
Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edildi. Növbəti günlərdə keçiriləcək reydlərdə neqativ hallar aşkarlanan obyektlərin sahiblərinin də adları ictimaiyyətə çatdırılacaqdır.
Bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdiriləcəkdir.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI














