Bakıda yollar boşaldı, avtoşluq başladı – Ekspert

Karantin günlərində sürücülərin xüsusilə təhlükəsizlik kəmərindən istifadə etmədiklərini görürük. Həmçinin avtomobil idarə edərkən mobil telefondan istifadə edənlərin də sayı çoxalıb.
Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı karantin günlərində yollardakı vəziyyətlə bağlı danışarkən deyib. Ekspert bildirib ki, son günlər paytaxt yollarında seyrəklik müşahidə edilsə də, bu, yol-nəqliyyat hadisələrinin azalmasına səbəb olmayıb:
“Dünən Xəzər rayonunda dəhşətli qəza baş verib. Yollar boş, avtomobil sayı az olmasına baxmayaraq, qəza zamanı maşın parça-parça olub. 6 aprel tarixində də Bakıda iki qadını ayrı-ayrı yerlərdə avtomobil vurmuşdu. Rayonlarda da demək olar ki, vəziyyət eynidir: yenə də ağır qəzalar baş verir. Hətta Cəlilabadda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub. Təəssüf ki, yol qəzalarının sayında azalma müşahidə edilmir”.
E.Muradlı deyib ki, qəzaların artması bəzi sürücülərin yollardakı seyrəklikdən sui-istifadə etməsindən irəli gəlir:
“Bir çoxunda arxayınlıq yaranıb ki, yollar boşdur, sürətli sürmək olar. Bəzi sürücülər isə xüsusilə axşam saatlarında yollardakı boşluqdan istifadə edərək, sürət həddini aşır və bu da qəzalara səbəb olur. Bir çoxları hətta belə məqamlarda yol nişanlarına əhəmiyyət vermir, işıqforun tələbini pozur".
Ekspertin sözlərinə görə, karantinin ilk günlərində demək olar ki, qəza olmurdu:
“Ümumiyyətlə, elə günlər oldu ki, heç bir qəza baş vermədi. Ancaq son günlər əvvəlki kimi ağır qəzalar yaşanır. Bəzən gün ərzində 2-3 nəfərin ölümü ilə nəticələnən hadisə baş verir”.
Ekspert bildirib ki, hətta bəzi sürücülər yollardakı seyrəklikdən istifadə edərək, avtoxuliqanlıq da edirlər:
“Bu isə daha təhlükəli qəzalara zəmin yaradır. Sürücülər də, piyadalar da diqqətli olmalıdırlar. Yollardakı seyrəkliyə arxayın olub qanunsuz şəkildə hərəkət etməməlidirlər".
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












