Bakıda yüzlərlə taksi sürücüsünün həyatı təhlükədədir - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən aprel ayının 5-dən xüsusi karantin rejimi tətbiq olunaraq qaydalar daha da sərtləşdiriləcək. Avtosfer.az xəbər verir ki, bu qaydalardan biri də qanunsuz taksi xidməti ilə məşğul olanların fəaliyyətinin məhdudlaşdırılmasıdır. Bunu eşidən taksi sürücüləri bu gün kütləvi şəkildə Sabunçu rayonu ərazisində Bakı Nəqliyyat Agentliyinin nümayəndəliyinə gəliblər. Hazırda ərazidə 300-dən artıq sürücü var.
Sürücülər fərqlənmə nişanı almaq üçün həmin binanın qarşısında toplaşıblar. Lakin həmin taksilərin əksəriyyəti Nazirlər Kabinetinin 73 saylı qərarına uyğun olmadığı üçün fərqlənmə nişanı verilməsi nəzərdə tutulmur.
Avtosfer.az saytı həmin sürücülərə bir daha müraciət edərək bildirir ki, avtomobil və sürücü qoyulan tələblərə cavab vermirsə heç bir halda fərqlənmə nişanı almaq mümkün olmayacaq. Buna görə də karantin qaydalarını pozmaq olmaz, kütləvi şəkildə toplaşmaq qadağandır. Bunu nəzərə alaraq cərimə olunmamış həmin ərazini tərk etmək məsləhətdir. Taksi fəaliyyəti ilə ancaq qaydalara uyğun olan şəxslər məşğul ola bilər. Hazırda yaranmış vəziyyəti nəzərə alaraq ərazidə toplaşmaq olmaz. Əks halda polis əraziyə gələcək və həmin sürücülər cərimə olunacaq.
Orxan
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI













