Bakıda Zəfər Gününə həsr olunan motokross çempionatı keçirilir - FOTO

Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan motokross çempionatı keçirilir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanda motoidmanın inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq, həmçinin Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini yad etməkdir.
Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov bildirib ki, bu çempionat təkcə idman tədbiri deyil:
"Bu, qəhrəmanlarımıza ehtiram və gənc nəslə ruh, cəsarət və vətənpərvərlik aşılayan bir simvoldur. Bütün motoidman həvəskarlarını və vətəndaşlarımızı bu günü bizimlə birlikdə keçirməyə dəvət edirik".
Çempionatda ölkənin ən güclü motokross idmançıları ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş pilotlar da iştirak edirlər. Tamaşaçılar həyəcanlı mərhələlər, nümunəvi çıxışlar, motoşou və motosiklet sərgilərinə şahidlik edəcəklər.
Qeyd edək ki, ənənəvi xarakter daşıyacaq motokross çempionatının növbəti illərdə də Zəfər Gününə həsr olunmaqla silsilə şəkildə keçirilməsi planlaşdırılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF


















