Bakıdakı atışma haqda SENSASİYA: hadisənin gerçək səbəbi və yeni adlar bilindi - FOTO

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı şok detallar üzə çıxıb.
Adının çəkilməsini istəməyən mənbənin Globalinfo.az-a verdiyi məlumata görə, Brilyant Nicat kimi tanınan kriminal avtoritet hücuma məruz qalıb.
Belə ki, killer Nicatı öldürmək istəyib, lakin güllələr hədəfdən yayınıb və oradakı təsadüfi adamlara dəyib. Brilyant Nicat isə ona açılan atəşdən yayına bilib. Hazırda onun hüquq mühafizə orqanlarının nəzarətində olduğu deyilir.
Hadisənin baş verməsinə səbəb qan davasıdır. Belə ki, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.
Killerlər martın 10-da sifarişi icra etmək üçün Nicatın olduğu ünvana gəliblər. Gerisi isə ictimaiyyətə məlumdur.
Məlumat üçün bildirək ki, hər iki tərəf mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin klanının üzvlərindən olub. Onların arasındakı ədavətin kökü İstanbulda “Oazis” restoranının açılışında yaşanan insidentə gedib çıxır.
Orada hər iki avtoritetin arasında narazılıq yaranıb. Onların bir-birinə silah çəkdiyi deyilir. Lakin həmin vaxt hadisə yerində olanlar insidentin böyüməsinə imkan verməyiblər.
Bundan sonra isə Nicat Eminin qardaşı Elnuru sifarişlə qətlə yetirib. Emin Naxçıvanskinin hazırda Fransada həbsdə olduğu deyilir.
Brilyant Nicatı qətlə yetirmək istəyən şəxslərin bu gün Bakı-İstanbul təyyarə reysi ilə ölkəni tərk etmək istədikləri, lakin hüquq mühafizə orqanlarının keçirdiyi operativ əməliyyatla saxlanıldıqları açıqlanıb.
Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA











