Bakıdakı taksilərdə arakəsmələr quraşdırılır - FOTO

Koronavirus (COVİD-19) xəstələyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu çərçivədə, Bakı Nəqliyyat Agentliyi taksi minik avtomobillərində sürücü və sərnişinlər arasında yoluxma riskinin azaldılması üçün arxa oturacaqlar arasında arakəsmələrin quraşdırılmasını tövsiyə edir. Artıq Bolt şirkəti tövsiyələri nəzərə alaraq taksi avtomobillərində müvafiq arakəsmələr quraşdırır. Bununla yanaşı, avtomobilin ön qapısına sərnişinlərə arxa qapıdan minməyi bildirən tövsiyə xarakterli bildirişlər vurulub.
BNA hazırkı epidemik vəziyyətdə bunun vacibliyini nəzərə alaraq, taksi fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edir.
Həmçinin, bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarxili qərarına əsasən Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə cavab verməlidir.
Gültən
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
















