Bakıdan rayonlara avtomobillərin buraxılmaması böyük tıxac yaratdı - FOTO

Sərtləşdirilmiş karantin rejimindən əvvəl Bakı şəhəri və Abşeron rayonunda qeydiyyatda olan bəzi şəxslər rayonlara buraxılmaması Bakı-Şamaxı yolunda böyük tıxaca səbəb olub.
Rayonlara getmək istəyən şəxslər geri qaytarılır və bu səbəbdən yolda uzun tıxac yaranıb.
Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirmişdi ki, sərtləşdirilmiş karantin rejimindən əvvəl Bakı şəhəri və Abşeron rayonunda qeydiyyatda olan bəzi şəxslər rayonlara getmək istəyirlər.
Onun sözlərinə görə, Bakı, Abşeron və ya Sumqayıt qeydiyyatı olan şəxslər karantin postlarından rayonlara buraxılmayacaqlar: "Karantin postları həmin şəxsləri geri qaytaracaq. Ona görə də heç kim digər rayonlara getməyə cəhd etməsin". (Trend)
".




Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












