Bakıdan rayonlara böyük axın, səkkiz saatlıq tıxac: Sürücülər torpaq yollarda - FOTO/VİDEO

Axşam saatlarından rayonlara üz tutanların sayı çox olduğundan qurulan polis postlarında sıxlıq yaşanıb.
Avtosfer.az xəbər verir ki, APA-nın məlumatına görə, həmin sıxlıqda qalan sürücülərin bəziləri qoyulan məhdudiyyətlərə baxmayaraq, torpaq yola üz tutub.
Torpaq yolda müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbir olaraq qazılan quyular sürücü və sərnişinlər tərəfindən doldurulub. Lakin onlar torpaq yolla magistral yolun birləşməsində polis əməkdaşları tərəfindən saxlanılıb.
Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti şöbəsi rəisi polis polkovniki Sadin Əsgərov bildirib ki, gün ərzində postda karantin rejimi qaydalarını pozan torpaq yollardan istifadə edən 200-ə yaxın sürücü cərimələnib.
Qeyd edək ki, paytaxtdan çıxaraq rayonlara doğru hərəkətdə olan Bakı, Sumqayıt və Abşeron sakinləri geri qaytarılıb və onlar məsuliyyətə cəlb olunub.
Təxminən səkkiz saat postda sıxlıq yaranıb.
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA











