Bakıdan göndərilən humanitar yardımın Xankəndiyə çatdırılması üçün danışıqlar aparılıb - YENİLƏNİB

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidəki erməniəsilli şəxslərə 40 ton humanitar yardım aparılması ilə bağlı Azərbayanın ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məlumat veriblər.
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məram və məqsədləri barədə Azərbayan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandirinə məlumat veriblər: “Onlar da öz rəhbərliklərinə məruzə etdilər. Onlar rəhbərliklərinin verdiyi qərarı bizimlə bölüşmək üçün vaxt istədilər”.
***
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanı Ağdam-Xankəndi yoluna çatıb.
Bu barədə “Report”un avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir.
Avtomobillərin içərisində 40 ton un məmulatları var.
***
“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”.
Avtosfer.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.
Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:
“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












