Bakının 4 rayonunda polis əməliyyat keçirdi - Saxlanılanlar var

Bakıda polis narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirib.
Avtosfer.az BAKU.WS-ə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Aleksey Yeqorovu saxlayıb.
Üzərində baxış keçirilərkən ondan 1, 577 marixuana, 0,177 qram metamfetamin aşkar edilib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları isə əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Altay Sabirovdan 0,313 heroin aşkar edib.
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdü Məmməd Rzayev saxlanılıb. Onun üzərindən 0, 824 qram heroin aşkar edilərək götürülüb.
Bundan başqa, Bakının Xəzər rayonu ərazisində keçirilən əməliyyat zamanı silahlı şəxs saxlanılıb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında rayonun Binə qəsəbəsində yaşayan Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Nicat Əbdülrəhmanovun evində axtarış aparılıb.
Axtarış zamanı onun həyətində torpağa basdırdığı “TT” markalı tapança və 24 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











