Bakının bəzi ərazilərində zibil qutuları yolda hərəkətə mane olur - VİDEO

Xətai rayonunun Məhəmməd Hadi və Nizami rayonunun Məmmədəli Şərifli küçələrində tullantı konteynerləri avtobus zolağında yerləşdirildiyi üçün sakinlərə çətinlik yaradır.
Onların sözlərinə görə, tullantını konteynerlərə atan zaman bir neçə dəfə avtomobil vurması təhlükəsi ilə qarşılaşıblar. Məsələ ilə bağlı, nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev vurğulayıb ki, tullantı konteynerlərinin yolun hərəkət hissəsinə və səkilərə quraşdırılması qəzaların baş verməsinə səbəb ola bilər. “İnzibati xətalar məcəlləsinin 352-ci maddəsinə əsasən, yolun hərəkət hissəsinə mane törədən fiziki şəxs 30-50, vəzifəli şəxs 150-200, hüquqi şəxslər isə 1500-2000 manata qədər cərimə oluna bilərlər”, - deyə Yasin Mustafayev qeyd edib.
Bakı şəhər mənzil kommunal təsərrüfat departamenti isə tullantı konteynerlərinin həmin ərazilərə illər əvvəl quraşdırıldığını, avtobus zolaqlarının və iaşə obyektlərinin isə bu ərazilərdə sonradan inşa edildiyini bildirib.
Bu səbəbdən də tullantı konteynerlərinin yerinin dəyişdirilməsinin mümkün olmadığını vurğulayıb.
Ətraflı Xəzər TV-nin videomaterialında:
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












