Bakının bir neçə ərazisinə qaz verilişində fasilə olacaq

İyunun 12-də səhər saatlarından etibarən Yasamal rayonu, Tbilisi prospekti, “Çıraq Plaza”nın qarşısında yol keçidinin tikintisi ilə əlaqədar yeni çəkilmiş diametri 315 mm olan polietilen yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinə başlanılıb.
"Azəriqaz" İstehsalat Birliyindən Avtosfer.az-a verilən məlumata görə, bu işin icrası üçün müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu müddətdə Yasamal rayonu, Tbilisi prospekti 47, 49, Ş.Mehdiyev küçəsi 95, 97, 97a, “Tamam” MTK, “Grand Həyat” MTK, 1-ci Alatava qəsəbəsində, o cümlədən Nəsimi rayonu, Salamzadə, A.Əliyev küçələrində bir qrup istehlakçının qaz təchizatında fasilə yaranacaq. Əlavə olaraq, Ə.Topçubasov, 1 ci mikrorayon H.Ələsgərova, E.Qasımzadə, C.Cabbarlı küçələrində də qaz təchizatı məhdudlaşdırılıb. Qaz təchizatının günorta saatlarına qədər bərpası gözlənilir.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












