Bakının bir sıra küçə və prospektində ağaclar köçürüləcək

Bakı şəhəri Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə, 28 May, Yusif Səfərov küçələrinin bir hissəsinin genişləndirilməsi, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında isə yeni infrastrukturların yaradılması məqsədilə tikinti altına düşən ağacların köçürülməsi və köçürülməsi mümkün olmayan ağacların isə götürülməsinə ictimai dinləmədən sonra müsbət rəy verilib. Bir şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin. "Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov məlumat verib. Onun sözlərinə görə, layihələrin mühüm sosial-infrastruktur əhəmiyyəti, tıxacların aradan qaldırılması baxımından vacibliyi nəzərə alınıb, mövcud tələblər və qaydalar çərçivəsində sözügedən ərazilərdə tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsi yaxın günlərdə həyata keçiriləcək: “Məqsədimiz bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerində daha çox ağac əkilməsini təmin etməkdir”.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












