Bakının bu ərazisində evlər söküləcək

Bakıda qəzalı və kəskin qəzalı vəziyyətdə olan binaların mərhələli şəkildə sökülməsi planlaşdırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata əsasən, hazırda paytaxt üzrə 194 bina və 6 415 mənzili əhatə edən tədbirlərin icrasına start verilib. Bu proses yalnız şəhərin simasının yenilənməsinə deyil, daşınmaz əmlak bazarında mühüm dəyişikliklərə də yol aça bilər. Lakin illərdir köhnə və qəzalı binaların sökülməsi ilə bağlı müxtəlif proqram və planlar açıqlansa da, bu prosesin real icrasında ciddi ləngimələr müşahidə olunur. Sakinlərin razılığının alınması, alternativ mənzillə təminat məsələləri, maliyyə vəsaitlərinin ayrılması və texniki prosedurların vaxt aparması kimi səbəblər bu ləngimənin əsas amilləri sırasında yer alır. Bəzi hallarda isə bina sakinləri ilə investorlar arasında razılaşmanın əldə olunmaması layihələrin illərlə uzanmasına gətirib çıxarır.
Bəs növbəti söküntü işləri harada aparılacaq və proses nə zaman başlayacaq?
Avtosfer.az-ın məlumatına görə, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı "News24.az"a açıqlamasında bildirib ki, mövcud proqram çərçivəsində artıq qiymətləndirmə işləri aparılıb və müəyyən binalarla bağlı tenderlər elan edilib:
"Proses əslində gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı qiymətləndirmə işləri aparıb və hətta tenderlər elan edib. Düzdür, proqramda binaların hamısının yerində tikinti nəzərdə tutulmur. Onların bəziləri sökülür və sakinlərə kompensasiya verilməklə ərazidən köçürülür. Amma elə ərazilər var ki, orada söküntünün aparılması və yeni binaların tikilməsi mütləqdir".
Ekspertin sözlərinə görə, hazırda paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami və digər rayonlarında kifayət qədər köhnə və təhlükəli binalar mövcuddur. Bu binaların bəzilərində hələ də vətəndaşlar yaşayır ki, bu da həm onların həyat təhlükəsizliyi, həm də şəhərsalma baxımından ciddi problemlər yaradır:
"Bu proses mərhələli şəkildə davam edəcək və hər birinin yerində müasir yaşayış kompleksləri inşa ediləcək. Bu, təkcə şəhərin görüntüsünü dəyişmək üçün yox, həm də vətəndaşların daha təhlükəsiz və rahat yaşayış şəraiti ilə təmin olunması baxımından vacibdir. Proses Bakı şəhərinin baş planına uyğun şəkildə həyata keçirilir və bu il ərzində sürətləndirilməsi ilə bağlı müvafiq göstərişlər də verilib. Böyük ehtimalla ilin ortalarından sonra daha fəal dinamika müşahidə olunacaq".
Ramil Osmanlı həmçinin qeyd edib ki, bu tip yenidənqurma və söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Belə ki, yeni layihələr bazara daxil olduqca, həm qiymət dinamikasında, həm də təklif strukturunda dəyişikliklər baş verə bilər.
Uçuş təhlükəsizliyi AZAL-ın bütün qərarlarının mərkəzində dayanır - Samir Rzayev - MÜSAHİBƏ
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Vilyam Hacıyevin lüks avtomobillərinin hərrac tarixi bilindi
Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO
WUF13-də neçə sərnişin daşınıb?
Bakı-Tbilisi-Bakı qatarı 5 yaşa qədər uşaqlar üçün pulsuz olacaq
Gürcüstana səfər üçün sığorta məcburi olacaq - Qiymət və qaydalar açıqlandı
Bu küçədə sərnişin mindirib-düşürənlər CƏRİMƏLƏNMƏYƏCƏK - FOTO
Paytaxtın 21 istiqamətində sıxlıq var - SİYAHI
Kondisioner ustalarının freon yalanı - FOTO
BMT-nin qlobal proqramının rəhbəri Azərbaycana belə təşəkkür etdi - FOTO










