Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır

Bakının Xətai rayonunun Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyinin layihələndirdiyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin icra etdiyi yenidənqurma işləri yekunlaşmaq üzrədir. Agentikdən Avtosfer.az-a verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir dizayn elementlərindən istifadə edilib. Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb. Kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib, cib tipli parklanma yerləri təşkil edilib, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.
Eyni zamanda Məzahir Rüstəmov küçəsinin Seyid Əzim Şirvani küçəsi ilə kəsişməsində hərəkət təhlükəsizliyinin artırılması məqsədilə işıqfor quraşdırılır.
Namiq Musayev
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ













