Bakının iki prospektini birləşdirən yolda yenilik olacaq - Sürücülərə ŞAD XƏBƏR

Heydər Əliyev və Babək prospektlərini birləşdirən avtomobil yolu tunelinin hər iki çıxışında dairəvi hərəkət təşkil edilə bilər.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Deputatların Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində M.Ə.Sabir küçəsinin yenidən qurulması və genişləndirilməsi təklifinə Nazirlər Kabineti belə cavab verib:
“Adıçəkilən küçənin yenidən qurulması və genişləndirilməsi məqsədilə Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Nəqliyyat Agentliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Nizami Rayon İcra Hakimiyyətinin və Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri birlikdə yerində vizual baxış keçirərək, Sabir küçəsində nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə küçənin Heydər Əliyev və Babək prospektlərini birləşdirən avtomobil yolu tunelinin hər iki çıxışında dairəvi hərəkətin təşkil edilməsi və küçənin müəyyən hissələrində genişləndirmə işlərinin yerinə yetirilməsi məqsədəuyğun hesab edilib və bu arada aidiyyəti qurumlara məlumat verilib”.
Qeyd edək ki, hökumətin hesabatının Milli Məclisin martın 17-də keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.
Report
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












