Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO

Ümumdünya Şəhərsalma Forumunda iştirak edən Braziliyadan gələn şəhərsalma və geologiya üzrə mütəxəssis Felipe Cruz Akos Litsek WUF13 ilə bağlı fikirlərini bölüşüb.
Avtosfer.az-a müsahibəsində Felipe bildirib ki, Ümumdünya Şəhərsalma Forumu şəhərlərin inkişafında mənzil məsələsinin mərkəzə gətirilməsi baxımından mühüm bir təşəbbüsdür və bu, qlobal şəhərsalma gündəliyində əsas uğurlardan biri kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, forum çərçivəsində universitetlər, vətəndaş cəmiyyəti, hökumətlər və digər maraqlı tərəflərin fəal iştirakı şəhərlərin daha dayanıqlı inkişafı üçün mühüm rol oynayır.
Flipe Litsek Bakının bu mötəbər tədbirə ev sahibliyini yüksək qiymətləndirib. O qeyd edib ki, şəhərdə yaradılan müasir infrastruktur və təşkilati-logistik imkanlar bu cür beynəlxalq forumun uğurla keçirilməsinə şərait yaradıb. Qonaq həmçinin WUF13 çərçivəsində əldə etdiyi təcrübədən məmnunluğunu ifadə edərək, forumun qlobal şəhərsalma əməkdaşlığının gücləndirilməsi baxımından önəmli platforma olduğunu vurğulayıb.
Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












