Bakının mərkəzi yolunda iki işıqfor işləmir - Sürücülər çaş-baş qalıb
Gündəm
13 Yanvar 2023 11:33
Oxunub 648

Bakıda mərkəzi yollarda iki işıqforun fəaliyyətində problem yaranıb.
Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.
Məlumata görə, Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində işıqfor işləmir. Bundan əlavə Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki işıqforun fəaliyyətində də nasazlıq yaranması sürücülərə problem yaradıb.
ŞƏRH YAZ













