Bakının mərkəzində BİABIRÇILIQ - Dağılan daş döşəmələrin yerinə yamaq asfalt VURULUB – VİDEO

Bakının mərkəzində magistral yol acınacaqlı durumdadır. Vaxtilə əl zəhməti ilə salınmış, qədimliyi, füsunkarlığı və gözəlliyi ilə yola fərqlilik qatan daş örtüklər dağılıb uçulur və yerindən qopur. Qopmuş daş örtüklərinin yerini isə yamaq asfalt hissələr əvəzləyir...
Söhbət Nəsimi rayonunun Füzuli küçəsindən gedir. Həmin küçədən üzü yuxarı başlayaraq xeyli hissədə daş örtüklər qopub, dağılıb və ətrafa səpələnib.
Qopmuş daş döşəmələrinin yerinə isə yamaq asfalt döşənib. Aidiyyəti qurumun sözdə təmir etdiyi bu yolun tarixiliyi və qədimiliy də məhv edilib. Dağılan daş döşəmələrinin yerinə hissə-hissə asfalt örtük vurulması hərəkət iştirakçları, həmçiniin əcnəbilər tərəfindən xoş qarşılanmır.
Şəhərin ən sıx və işlək ərazisi sayılan bu yolda hər gün yüzlərlə avtomobil və piyada hərəkət edir. Yerindən qopan, dağılan və uçan daş örtükləri də getdikcə sıradan çıxır.
Əslində damlı və uzunömürlülüyünə görə daş döşəmələrin daha çox piyadaların hərəkət etdiyi küçələrdə salınması məqsədəuyğun hesab edilir. Mütəxəssislərin dediyinə görə daş döşəmələrin hamarlanması avtomobillərin hərəkəti üçün müvafiq deyil.
Qeyd edək ki, sözügedən ərazidəki yol vaxtilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən daşla döşənib. Qopmuş hissələrin asfaltlanması işlərini isə Azərbaycan Avtomobil Yolları Dövlt Agentliyi həyata keçirir.
Bəs, bundan sonra acınacaqlı yolun taleyi nə olacaq?
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib ki, sözügedən ərazinin əsaslı şəkildə təmiri nəzərdə tutulur:
“Amma yolun daşla, yoxsa asfaltla təmir olunacağı çıxarılacaq qərardan asılı olacaq. Məsələ ilə bağlı necə qərar veriləcəksə işlər də o şəkildə icra olunacaq”, - deyə qurum rəsmisi əlavə edib.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












