Mərkəzidə yeraltı keçid sahibkarlara satılır; şəhərin görünüşü pozulur – MEMAR – FOTO

Gündəm 4 İyun 2026 12:30
Mərkəzidə yeraltı keçid sahibkarlara satılır; şəhərin görünüşü pozulur – MEMAR – FOTO
WhatsApp kanalımıza abunə olun

Memar Elçin Əliyev Nizami küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən yeraltı piyada keçidi ilə bağlı müşahidələrini açıqlayıb.

Avtosfer.az xəbər verir ki, sözügedən keçid ilkin olaraq piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulsa da, zamanla keçidin texniki otaqlarının ticarət fəaliyyəti üçün istifadə edildiyi hallara rast gəlinib. Bu tip sahələr ilkin layihələndirmə zamanı kommersiya məqsədləri üçün planlaşdırılmayıb.

Memar qeyd edib ki, bir müddət sonra həmin məkanlarda havalandırma ilə bağlı problemlər yaranıb və yeraltı mühitdə oksigen çatışmazlığı hiss olunmağa başlayıb. Bu isə həm satıcılar, həm də müştərilər üçün narahatlıq yaradıb.

Sonradan yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə keçidin giriş hissəsinin yaxınlığında iri həcmli ventilyasiya borusunun quraşdırılması həyata keçirilib. Bu əlavə infrastruktur elementinin şəhər mənzərəsində diqqət çəkən detal kimi göründüyü bildirilir.

Elçin Əliyev mövcud vəziyyəti şəhər mühitində planlaşdırma və sonradan aparılan müdaxilələrin nəticəsi kimi dəyərləndirib və belə halların şəhər estetikası və funksionallığı baxımından əlavə suallar doğurduğunu qeyd edib.

Memar məsələ ilə bağlı ümumilikdə şəhər infrastrukturunda uyğunlaşdırma və planlaşdırma prinsiplərinin vacibliyinə diqqət çəkib.

Eltac Zülfüqaroğlu

Oxunub : 294
ŞƏRH YAZ
Ad

E-mail

Şərh