"Baku Bus": "Azsığorta"nın tələb etdiyi məbləği 6 il əvvəl ödəmişik, indiyədək xəbərləri yoxdur

Xəbər verildiyi kimi, «Azsığorta» ASC sığorta şirkəti «Baku Bus» MMC-ni məhkəməyə verib.
Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyeva tərəfindən araşdırılan iddiaya səbəb - şirkətlər arasında 2015-ci ildə baş vermiş qəzaya görə həll edilməyən ödəniş mübahisəsi olub.
Amma indi məlum olur ki, əslində «Azsığorta»nın tələb etdiyi bu ödəniş 6 il əvvəl həyata keçirilib. Sadəcə şirkət hansısa səbəbdən bundan xəbərsizdir və məhkəməyə müraciət edib.
Bu barədə «BakuBus» MMC-nin hüquq sektorunun müditi Rüstəm Cəfərov bildirib. Onun sözlərinə görə, «Azsığorta” ASC tərəfindən 28.02.2023-cü il tarixində qaldırılan iddia tamamilə əsassızdır.
«Belə ki, 22 iyun 2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azsığorta” ASC-nin ödədiyi 5860 (beş min səkkiz yüz altmış) manat sığorta ödənişini, subroqasiya qaydasında “BakuBus” MMC-dən tutulmasından ötrü Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
Biz, “BakuBus” MMC olaraq yuxarıda qeyd edilən məbləğin 860 (səkkiz yüz altmış) manatını 19.02.2016-cı il tarixində, 5000 (beş min) manatını isə 19.01.2017-ci il tarixində rəsmi qaydada “BakuBus” MMC-nin bank hesabından “Azsığorta” ASC-nin bank hesabına köçürmüşük»-deyə «BakuBus» MMC-nin nümaynədəsi bildirib.
«Görünür ki, “Azsığorta” ASC-də şöbələr arasında əlaqələr kifayət qədər yaxşı olmadığından və işə qeyri-peşəkar yanaşmaları nəticəsində 2017-ci ildə öhdəliyini tam şəkildə icra edilməsinə baxmayaraq, 2023-cü ildə eyni iş üzrə yenidən məhkəməyə müraciət edilib. Bununla bağlı “Azsığorta” ASC-yə məlumat verilib. Ümid edirik ki, ən qısa zaman ərzində əsassız iddialarını geri çəkmələri üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edərlər. Əks təqdirdə “BakuBus” MMC-nin iş güzar nüfuzuna xələl gətirdiklərinə görə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir»-deyə R.Cəfərov qeyd edib. (fed.az)
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
Hazırda Bakıda bu yollar tıxacdır - SİYAHI - FOTO
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO















