«Baku Bus»un avtobusunda xəsarət alanlara pul verdilər

«Baku Bus» MMC-nin avtobusunun törətdiyi qəza zamanı xəsarət alanlara sığorta şirkəti tərəfindən pul ödənilib. Bu barədə Avtosfer.az-a «BakuBus»un mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, «Baku Bus» MMC tərəfindən sərnişin təhlükəsizliyinə xidmət edən və qanunvericiliklə tənzimlənən bütün şərtlərə əməl edilir: «Belə ki, «İcbari sığortalar haqqında» qanunun müddəalarına əsasən, noyabrın 16-da Salyan şossesində, 20-ci sahə dairəsi yaxınlığında «Baku Bus» MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfərlə bağlı sığorta şirkəti tərəfindən tam təhlil aparılıb və həmin qəza nəticəsində xəsarət alan Məhərrəmova Dilarə Tağı qızına 953 AZN, Dadaşzadə Fərhad Nadir oğluna 1500 AZN, Mirzəyeva Nəzakət Eldar qızına 1500 AZN, Əliyev Sərvan Məlumat oğluna 750 AZN, Ələkbərova Firuzə Bala Hüseyn qızına 750 AZN, Əliyeva Fəxrəndə Nadir qızına 750 AZN zərər ödənişi edilib. Bir nəfər zərərçəkən yüngül xəsarət aldığından könüllü şəkildə zərər ödənişindən imtina edib. Məlumat "AzSığorta" şirkəti tərəfindən daxil olub».
Emin
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












