“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? - RƏSMİ AÇIQLAMA

Martın 29-dan etibarən paytaxtda şəhərdaxili fəaliyyət göstərən “BakuBus” avtobuslarının fəaliyyətinin dayandırılması barədə məlumat yayılıb.
İddia olunur ki, sürücülər avtobusdan istifadə edən vətəndaşlara sabahdan işləməyəcəklərini deyir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik.
Avtosfer.az-ın məlumatına görə BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a bildirdi ki, yayılan informasiya həqiqəti əks etdirmir:
“Hazırda avtobusların işləyib-işləməməsi Nazirlər Kabineti yanında operativ qərargahdan gələn tapşırıqlar əsasında tənzimlənir”.
Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.
Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











