Yeni alınan “BakuBus”lardan istifadə edilmədiyi üzə çıxdı - Avtobuslar yararsız hala salınıb

“BakuBus” MMC tərəfindən yeni avtobuslara olan real illik tələbatdan artıq avtobus alışına yol verilib. Avtosfer.az xəbər verir ki, bu, Hesablama Palatasının “BakuBus” MMC-nin 01.01.2019-cu il tarixindən 01.0.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı üzə çıxıb. Kənar dövlət maliyyə nəzarəti həmin illərdə bu qurum tərəfindən istifadə olunmuş ümumilikdə 80,0 mln. manata yaxın vəsaiti əhatə edib.
Qeyd olunub ki, yeni avtobuslara olan real illik tələbatdan artıq avtobus alışına yol verilməsi ilə yanaşı nəqliyyatın hərəkəti tezliyinin sərnişin dövriyyəsi ilə nisbətinin kifayət qədər optimallaşdırılmaması və yeni marşrut xətlərinin müəyyənləşdirilməməsi şəraitində dövlət vəsaitləri hesabına alınan avtobusların son 5 ildə orta hesabla 25,4 %-i depoda istifadəsiz saxlanılıb. Əlavə olaraq 320 ədəd sərnişin avtobusunun hazırkı məlum alış prosesi də nəzərə alınmaqla cari vəziyyətdə qeyd olunan faiz nisbətinin daha da artacağı gözlənilir.
Deponun sərnişindaşıma potensialından optimal şəkildə istifadə olunmaması isə öz növbəsində “BakuBus” MMC-nin müntəzəm sərnişindaşıma sahəsi üzrə gəlirlərinin tam reallaşdırılmaması, maliyyə öhdəliklərinin qarşılanması səviyyəsinin məhdudlaşması ilə nəticələnir. Eyni zamanda təmir xərcləri üzrə maliyyə öhdəliklərinin vaxtında icra olunmaması da avtobusların depoda boş dayanma günlərinin artmasına səbəb olur.
“BakuBus” MMC-nin balansında olan 303 ədəd “İveco” markalı sərnişin avtobusundan 198 ədədinin istismarının dayandırılması müxtəlif nasazlıqların vaxtında təmir olunmaması səbəbindən baş verib. Avtobus parkının bərpa olunması məqsədilə mövcud vəziyyətin aradan qaldırılması və təmir işləri üçün resursların cəlb edilməsi əvəzinə istismara yararsız həmin 198 avtobusun 80-dən (40,4%-dən) istifadəyə yararlı müxtəlif ehtiyat hissələrinin sökülərək istismar olunaraq digər avtobuslara quraşdırılması hallarına yol verilməsi təmirə ehtiyacı olan avtobusların daha da yararsız vəziyyətə düşməsi nəticələnib.
APA
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI











