Balakəndə “015”lə ağır qəza törədən sürücü sərxoş olub - RƏSMİ

İyunun 11-də saat 20 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində rayon sakini, 1993-cü il təvəllüdlü Vaqif Musayev idarə etdiyi “VAZ 21015” markalı 99 –RE-173 dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş halda hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb, nəticədə avtomobildə olan sərnişinlər Elçin Verdiyev və Kənan Yüzbaşıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər sərnişin Elmar Şahverdiyev isə aldıqları bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Balakən rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək hadisə yerinin sxemi tərtib olunub, müvafiq ekspertizalar təyin edilib, şahidlərin ifadəsi alınmış və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










