Balakəndə mağazalardan oğurluq edən şəxslər saxlanılıb - FOTO

Balakən Rayon Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda rayonun Talalar və Sarıbulaq kəndlərində yerləşən mağazalardan ümumi dəyəri 3500 manat olan müxtəlif ərzaq məhsullarının, siqaret və spirtli içkilərin oğurlanması barədə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törədən şəxslər müəyyən edilib. Onların Balakən rayonu Talalar kənd sakinləri, əvvəllər də məhkum olunmuş - 24 yaşlı Tofiq Hacıyev , 27 yaşlı Turan Şindiyev və Qazma kənd sakini Murad Əhmədov olduqları məlum olub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı həmin şəxslər oğurladıqları siqaret və spirtli içkiləri Tofiq Hacıyevin dostu, rayonun Talalar kənd sakini Tural Zohorovun yaşadığı evdə gizlətdikləri müəyyən olunub.
Keçirilmiş tədbirləri davamı olaraq T.Zohorovun da yaşadığı evə baxış keçirilib. Baxış zamanı evdən yuxarıda adları qeyd olunan şəxslər tərəfindən oğurlanan müxtəlif markalı siqaretlər və və dibçəkdə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb. Tural Zohorov da şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Namiq Musayev


Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










