Balakəndə quldurluq edən şəxs saxlanılıb

Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən şərab evlərinin birində quldurluq cinayətinin baş verməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Bir nəfər naməlum şəxsin mağazaya daxil olub satıcıya balta ilə hədə-qorxu gələrək, ondan spirtli içki tələb etdiyi müəyyən olunub.
Polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törədən şəxsin Balakən şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 60 yaşlı Hikmət Mansurov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və cinayəti sərxoş vəziyyətdə törətdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












