Yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb - VİDEO

Balakən Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, ancaq o, qaydaları pozaraq yaşayış yerini tərk edib.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib. T.Məmmədovun mağazaya və başqa bir neçə yerə getdiyi məlum olub. Polis əməkdaşları və həkimlərin müşayiəti ilə o, Təcili Tibbi Yardım avtomobilinə əyləşdirilərək, koronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl də T.Məmmədov yaşayış yerini tərk etdiyinə görə, onunla profilaktik söhbətlər aparılıb. Bu hərəkətinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılaraq ciddi xəbərdarlıq edilmişdi. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları pozub.
Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçün Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb














