Alimlər yarasalarda 1500 yeni koronavirus növü aşkarlayıb

Çinin Uhan şəhərinin Virusologiya İnstitutunda yarasalarda gələcəkdə pandemiyaya yol aça biləcək 1500 yeni koronavirus növü aşkarlanıb. Bu barədə “The Big Picture Science” proqramında bildirilib.
Qeyd olunub ki, yarasalardan toplanan 15 min nümunə analiz edilib, onların 10 faizində koronavirusun yeni təhlükəli növləri öyrənilib.
Laboratoriya analizlərindən bu nəticəyə gəlinib ki, bu viruslardan bəziləri insana yoluxmasa da, bəziləri yoluxa bilər və hazırda tədqiqatlar davam edir.
Alimlər yarasa yuvaları olan mağaralara yaxın kənd sakinlərindən qan nümunələr götürüblər. Analizlərdən məlum olub ki, yeni növ koronavirusun mənbəyi Uhan sakinlərindən öncə bu kənd sakinlərində aşkarlanıb. Lakin onların qanlarında koronavirusa yoluxub, sağaldıqdan sonra yaranan antikor deyilən qoruyucu maddəyə də rast gəlinib.
Alimlər qanlarında minlərlə təhlükəli virüs daşıyan kəndliləri “saatlı bomba” adlandırıblar.
Qeyd edək ki, indiyədək elmə koronavirusların SARS (2003), MERS-CoV (2012–2015) və COVID-19 olmaqla, 3 növünün pandemiyaya səbəb olduğu məlumdur. (APA)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












