Almaniyada çalışan azərbaycanlı alim: “COVID-19 virusu böyrək hüceyrələrində də çoxalır”

“COVID-19 pandemiyası ilə mübarizənin ikinci mərhələsinə başlanılanda artıq virus haqqında bizlərə bir çox şeylər məlum idi. Buna baxmayaraq, virusun öyrənilməsi istiqamətində elmi araşdırmalar böyük ölkələrdə hələ də davam edir. Düşünürəm ki, bu, hətta önümüzdəki bir neçə ildə də davam edəcək”. Bunu oxu.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru, son zamanlar Azərbaycan cəmiyyətinə ən son elmi yenilikləri təqdim edən Nuran Abdullayev bildirib.
“Maraq doğuracaq və virus haqqında çox vacib məlumatları bizlərə çatdıran ən yeni elmi nəaliyyətlərdən birini də son günlər Almaniyadan olan alimlər ediblər ki, bu da dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan “New England Journal of Medicine”də dərc olunub.
Belə ki, bu tədqiqatda xəstələrin autopsilərinin incələnməsi zamanı COVID-19 virusu müxtəlif orqanlarda - ağciyərlərdə, udlaqda, ürəkdə, qaraciyərdə, beyində və böyrəklərdə tapılıb. Tədqiqatçı alimlər burada daha çox virusun böyrəkdə çoxalmasına diqqəti çəkiblər.
Əslində, ağır xəstələrdə böyrəklərin də patoloji prosesə cəlb olunması və ya böyrək problemlərinin olduğu həkimlərə bəlli idi. Bu da çox hallarda reanimasiyada görülən təxirəsalınmaz tədbirlər zamanı böyrəklərin cavab reaksiyası və ya zədələnməsi kimi qiymətləndirilirdi.
Amma bu tədqiqatda sübut edilir ki, COVID-19 virusu böyrək hüceyrələrində də çoxalır, bu da onun funksiyasının pozulmasına səbəb ola bilər. Belə olan halda COVID-19 virusunun böyrək hüceyrələrinə hansı yollarla düşməsi haqqında fərqli mülahizələr var ki, bu da növbəti tədqiqatların mövzusudur”, - deyə həkim bildirib.
N.Abdullayev qeyd edib ki, bu mülahizələrdən asılı olmayaraq, virusun böyrəklərdə çoxala bilməsi ağır COVID-19 ağciyər pnevmoniyası keçirməyən və öncədən böyrək çatışmazlığı olmayan xəstələrdə nəyə görə ciddi böyrək problemlərinin ortaya çıxmasını və xəstəliyin ağır keçməsini izah edir:
“Bu xəstələr də belə problemləri olmayan virus xəstələri ilə müqayisədə, daha pis proqnoza malikdirlər”.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










