“Bandotel”dən əməliyyat: SAXLANILANLAR VAR

Naftalan və Yevlax sakinlərində silah-sursat və narkotik aşkarlanıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naftalan şəhər sakini E.Şirəliyevin və Yevlax rayon sakini R.Bayramovun paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadıqları mənzilə baxış zamanı oradan “STRAŞ RS-22” markalı tapança, 20 ədəd patron və 180 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Hövsan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakini A.Rəhimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 2 kq 535 qram marixuana götürülüb.
Fidan
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












