Baş epidemioloq: "Qaracalar sakinləri koronavirusa inanmırlar"

Qardabaninin Qaracalar kəndinin sakinləri koronavirus infeksiyasının mövcudluğuna inanmırlar. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze "Pirveli" televiziyasına bildirib. Onun sözlərinə görə, kənd əhalisinin əksəriyyəti təhlükəli virusu adi qrip kimi qəbul edir: "Kəndi təcrid etmək və sərt karantin qaydalarını tətbiq etməyi planlaşdırmırdıq. Lakin sakinlərin kütləvi testdən keçmək istəməməsi bizi bu qərarı qəbul etməyə məcbur etdi".
Baş epidemioloq deyib ki, Qardabaninin daha 3 kəndində COVID-19-la bağlı tibb müayinə aparılır.
Qardabaninin daxil olduğu Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bələdiyyə üzrə 43 yoluxma halının təsdiqləndiyini bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən azərbaycanlıların yaşadığı Qaracalar kəndinə giriş-çıxış bağlanıb. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












