Baş infeksionist: "İnsanların Bakıdan rayona getməsinə imkan yaratmaq lazımdır"

“Azərbaycanda koronavirusla bağlı narahatedici məqam olsa da, yoluxma sayı elə də çox deyil. Ölkəmizin 10 milyon əhalisi var, yoluxma sayı isə 0,1 faizdir. Buna baxmayaraq, bir sıra hal bizi narahat edir”.
Bunu “Real” TV-yə müsahibəsində Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev deyib.
O, Bakı sakinlərinin sərt karantin günlərində rayonlara axın etməsinə də münasibət bildirib. Baş infeksionistin fikrincə, insanların bölgələrə getməsinə şərait yaradılmalıdır: “Bir qisim insanlar var ki, ya işləmir və ya da məzuniyyətdədir, rayona getmək istəyir. Onlara imkan yaratmaq lazımdır. Təbii ki, bunun da mexanizmi hazırlanmalıdır. Bununla Bakıda insan sayını azaltmaq olar. Koronavirusa yoluxmayanlar 1 aylıq rayona evlərinə gedə bilər. Bu haqda fikirləşməyə dəyər. İnsanların məcburi Bakıda saxlamaq da düz deyil. Çünki onlar da çölə çıxmağa meyilli olurlar. Bu da təbii ki, subyektiv fikrimdir. Bu işi görmək üçün də ölkədəki vəziyyət təhlil edilməli və qərar qəbul edilməlidir. Rayona nisbətən Bakıda yoluxma riski daha çoxdur. Rayonlarda əhalinin sıxlığı paytaxta nisbətən aşağıdır”.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












