Baş infeksionist karantin rejiminin uzadılmasını istədi: “Yoluxma sayı artacaq”

Karantin rejiminin daha 2 həftə uzadılması gözlənilir. Hazırkı situasiya bunu diqtə edir. Bunu respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. C.İsayev qeyd edib ki, yoluxma sayında müəyyən stabilləşmə müşahidə edilsə də, bu, virusun tamamilə yox olması anlamına gəlmir: “Dünən ilk dəfə yoluxanların sayı 500-lərdən 493-ə düşdü. Əsas bu stabilləşmənin növbəti günlərdə də müşahidə edilməsinə nail olmaqdır. Yoluxma sayında azalma əhəmiyyətli dərəcədə olarsa, sərt karantinin yumşaldılmasından söhbət gedə bilər”.
Baş infeksionist deyib ki, orduya dəstək məqsədilə ötən günlərdə əhalinin aksiyaya toplaşması yoluxma sayının artımına səbəb olacaq: “Aksiyada bütün qaydalar pozuldu, yoluxma ehtimalı yüksəldi. Gözlənilir ki, yoluxma sayı artsın. Virusun inkubasiya dövründən asılı olaraq, aksiyadakı yoluxma nəticələri özünü göstərəcək. İnkubasiya dövrü 4-5 gün,14 gün də ola bilər. Orada yoluxan insanlarda xəstəlik subklinik keçə bilər ki, bu da cəmiyyət üçün təhlükəli ola bilər. Bu baxımdan yaxın günlərdə Azərbaycanda yoluxma hadisələrində artım gözlənilir”. (Modern.az)
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












