Baş nazir Serbiya silahlarının Ermənistana Gürcüstan ərazisindən daşınmasına münasibət bildirib

“Gürcüstan və Azərbaycan arasında heç bir anlaşılmazlıq və bizim strateji tərəfdaşlığımıza təhlükə yoxdur”.
Avtosfer.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria deyib.
Ermənistana silah-sursatın Gürcüstan ərazisi ilə çatdırılmasına dair məlumatları şərh edən hökumət başçısı bildirib ki, bu informasiyalarda qeyri-dəqiqlik var: “Gürcüstanın siyasi problemi olmayacaq, çünki biz öhdəliklərimizi beynəlxalq hüquqa müvafiq olaraq yerinə yetiririk. İlk növbədə, KİV-in yaydığı informasiya qeydi-dəqiqdir. Bu informasiya iki ölkə arasında müzakirə mövzusu olacağı təqdirdə maraqlı ola bilər”.
G.Qaxaria bildirib ki, Gürcüstan-Azərbaycan arasında strateji tərəfdaşlığa heç bir təhdid yoxdur: “Yüksək səviyyədə olan münasibətləri təhdid etmək mümkün deyil”.
Onun sözlərinə görə, hər hansı bir onlayn nəşrin yaydığı informasiya ilə bağlı sualın verilməsi iki ölkə arasındakı münasibətlərin konteksinə uyğun deyil: “Bu bir riskdir”.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












