Baş prokurorluq əhaliyə müraciət etdi

Dövlət başçısının vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyən edən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi istirahət və bayram günləri də daxil olmaqla, günün 24 saatı ərzində fəaliyyət göstərir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinindən bildirilib ki, daxil olan məlumat və müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə dərhal Baş Prokurorluğun əlaqədar idarə və şöbələrinə çatdırılır:"
Azərbaycan Respublikası Baş Prokurorluğu prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntularla üzləşən vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi”nə, korrupsiya hüquqpozmaları ilə üzləşən vətəndaşlara isə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir" - deyə məlumatda bildirilir.



Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











