Baş Prokurorluq koronavirusla mübarizə ilə bağlı məlumat yayıb

Azərbaycan Raspublikasının rəhbərliyi, habelə höküməti və aidiyyəti dövlət qurumları tərəfindən pandemiya dövründə risklərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilən qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilib.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prokurorluğunun da üzvü olduğu Avropa ölkələrinin prokurorluq və antikorrupsiya qurumlarının Korrupsiyaya qarşı mübarizə əməkdaşlığı təşkilatı tərəfindən həmin təşkilata üzv olan Avropa ölkələrinin hökümətləri və müvafiq dövlət qurumları tərəfindən pandemiya dövründə həyata keçirilən qabaqlayıcı və inzibati tədbirlər təhlil edilib və bu barədə məlumat EPAC və EACN təşkilatlarının birgə bülletenində dərc olunub.
Müsbət haldır ki, Azərbaycan Respublikasında bu sahədə vaxtında həyata keçirilən operativ tədbirlər nəticəsində əhalinin sosial və digər maraqlarının nəzərə alınması və onların təmin edilməsi üçün müvafiq addımların atılması barədə də məlumat Bülletendə öz əksini tapıb.
O cümlədən qeyd edilib ki, əhaliyə göstərilən maddi yardım, həmçinin vətəndaşların sağlamlıqlarının qorunması üçün əlçatan və keyfiyyətli tibbi yardım göstərilib, bu məqsədlə yeni modul tipli xəstəxanalar tikilməklə istifadəyə verilib.
Həmçinin, COVİD-19 pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılaraq qanuni tədbirlərin görülməsi, habelə koronavirusa qarşı həyata keçiriən səmərəli inzibati tədbirlər də xüsusilə vurğulanıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











